BAKI, 12 oktyabr — Sputnik. Rostovun "Platov" beynəlxalq aeroportundan yaxın vaxtlarda Bakı, Təl-Əviv, Pattaya və Qoaya birbaşa sərnişin aviareysləri açılacaq. Sputnik Azərbaycan-nın məlumatına görə, bu barədə "Platov" aeroportu məlumat yayıb.
Xəbərdə bildirilir ki, "AzurAir" aviaşirkəti oktyabrın 30-dan etibarən Rostov-Pattaya, noyabrın 5-dən isə Rostov-Qoa marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. "Azimut" aviaşirkəti isə dekabrın 1-dən Rostovdan Təl-Əvivə, dekabrın 2-dən isə Bakıya birbaşa uçuşların həyata keçirilməsinə start verəcək.