BAKI, 11 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinə üzv olmayan MDB dövlət başçılarını İqtisadi Birliyin Sankt-Peterburqda dekabrın 20-nə təyin edilmiş qeyri-rəsmi sammitində iştiraka dəvət edib.
"Avrasiya İqtisadi Birliyindəki həmkarlarımla dekabrın 20-də Sankt-Peterburqda ənənəvi qeyri-rəsmi görüşün keçirilməsinə razılaşmışıq və Yeni il ərəfəsində dostluq mühitində, tamamilə qeyri-rəsmi şəraitdə cari məsələlər barədə danışmaq və önümüzdəki ildə nə edə biləcəyimizlə bağlı fikir mübadiləsi aparmaq üçün bütün MDB liderlərini bizə qoşulmağa, saatlarını aktual beynəlxalq mövzulara kökləməyə dəvət edirik", - deyə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
Putin qeyd edib ki, AİB-dən olan həmkarlarla məsləhətləşməlidir. "Ola bilsin, iclaslarla vəziyyəti gərginləşdirməmək üçün qalan hamını qonaq kimi dəvət edə, oturub cari məsələləri müzakirəyə çıxara, sonra qeyri-formal şəraitdə şam yeməyinə gedə bilərik. Protokol yığıncaqlarla yüklənməmək üçün nə etmək lazım gəldiyini də müzakirə edəcəyik", - deyə Putin əlavə edib.