Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Dəməşqlə Ankaranı barışdırmağa çalışacaq – Lavrov

© Sputnik / Aleksandr Scherbak / Mediabanka keçidRusiya Xarici İşlər naziri Sergey Lavrov
Rusiya Xarici İşlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Sülh Bulağı" əməliyyatı zamanı 109 terrorçu zərərsizləşdirilib.

BAKI, 10 oktyabr — Sputnik. Moskva Dəməşq və Ankara arasında dialoqun başlamasına nail olmağa çalışacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyada hərbi əməliyyatı barədə danışarkən qeyd edib.

"Biz Türkiyə və Suriya Ərəb Respublikası arasında dialoqun başlamasına nail olmağa çalışacağıq", - deyə Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Lavrov eyni zamanda vurğulayıb ki, Moskva Ankaranın təhlükəsizliklə bağlı narahatlığını anlayır: "Biz Suriyada böhran başlayandan bəri Türkiyə Respublikasının öz sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq. Lakin bu narahatlıq rəsmi Dəməşqin maraqları nəzər alınmaqla aradana qaldırılmalıdır".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən ötən gün Suriyanın şimal-şərqində başladılan "Sülh Bulağı" əməliyyatı davam edir. Əməliyyat çərçivəsində terrorçulara məxsus 181 sığınacaq məhv edilib. Hazırda türk hərbçiləri Fəratın şərqinə doğru irəliləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Sülh Bulağı" əməliyyatı zamanı 109 terrorçu zərərsizləşdirilib.

Xəbər lenti
0