BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, prezidentlərin görüşü "Valday" beynəlxalq diskussiya klubunun 16-cı toplantısı çərçivəsində baş tutub.
Görüşdə iki ölkə arasında münasibətlər və iqtisadi perspektivlər müzakirə olunub.
"Bizim şəxsi əlaqələrimizdə fasiləyə baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Ticari-iqtisadi əlaqələr möhkəmlənir, ölkələr arasında ticarət dövriyyəsi ötən il 2,5 milyard dollar olub", - deyə Putin vurğulayıb.
Rusiya prezidentinin fikrincə, bu istiqamətdə ölkələrin çox yaxşı perspektivləri var: “Müəllifi Azərbaycan prezidenti olan planları nəzərdə tuturam. Biz isə bu konkret böyük layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik”.
O vurğulayıb ki, bu layihələrin üzərində ikitərəfli hökumətlərarası komissiya da işləyir: “Digər istiqamətlər üzrə münasibətlərimizin necə inkişaf etməsinə dair informasiya mübadiləsi aparmağımıza ehtiyac var. Ümid edirəm ki, bu bizə müfəssəl olacaq və siz maraqlı ümumi diskussiyanı hiss edəcəksiniz”.