BAKI, 2 oktyabr — Sputnik. Suriyada Rusiya hava hücumundan müdafiə sistemi "S-500" "Prometey" sistemlərinin əhəmiyyətli elementləri sınaqdan keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya KİV-i Müdafiə Nazirliyi və Hərbi-Sənaye Kompleksində olan mənbələrə istinadən xəbər verir.
Mənbə vurğulayıb ki, mütəxəssislər texnikanın işində "müəyyən problemlər" aşkarlayıblar, lakin onları dərhal aradan qaldırmaq mümkün olub. Sınaqların uğurla həyata keçirildiyi bildirilir.
Bir müddət sonra isə Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, S-500 “Prometey” zenit raket kompleksinin Suriyada sınaqdan keçirilməyə ehtiyac olmayıb və hazırda da yoxdur.
Qeyd edək ki, "S-500" raket-zenit kompleksi yaxın kosmosdakı hədəfləri, aşağı orbitdə uçan peykləri vura bilmək qabiliyyətinə malikdir. Komplekslərin hədəfi vurmaq radiusu 600 kilometrdir.
"S-500" saniyədə yeddi kilometrə qədər sürətlə uçan 10 ballistik hədəfi aşkarlaya və eyni anda vura bilər. Komplekslər hipersəs sürətinə malik raketlərin döyüş başlıqlarını vurmaq gücünə də malikdir.
Bu silahın dünyada analoqunun olmadığı bildirilir.