Mətbuat konfransında Avrasiya Xalqları Assambleyasının Baş Katibliyinin rəhbəri Svetlana Smirnova, qurumun həmsədrləri Bernar Loze və Dalbir Sinqx, Rusiya Federasiyası Dövlət dumasının deputatı Dmitri Savelyev, Bakıda Rusiya informasiya və mədəniyyət mərkəzinin rəhbəri Valentin Denisov, ”LiFFT” beynəlxalq ədəbi layihəsinin direktoru Marqarita Almuxametova və Assambleyanın Ali Şurasının üzvü Üzeyir Əliyev kimi qonaqlar iştirak ediblər.
Natiqlər assambleyanın 2 illik fəaliyyət dövrü ərzində əldə etdiyi nəticələr, qarşıdan gələn 5 gün ərzində tədbir planı, Azərbaycanın qurum üçün əhəmiyyəti və digər mövzulardan bəhs ediblər.
Avrasiya Xalqları Assambleyası Böyük Avrasiyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi və xalq diplomatiyasının alətləri vasitəsilə sülhməramlılıq, mədəni-humanitar və iqtisadi əməkdaşlığın, millətlərarası və dinlərarası dialoqun genişləndirilməsi, biznes tərəfdaşlığının inkişafı, yeni işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsi sahəsində aktiv fəaliyyət göstərir.