BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbçi naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumata əsasən, bu gün Bakı vaxtı ilə saat 06:50 radələrində 1999-cu il təvəllüdlü Arman Armenoviç Levonyanın meyiti aşkarlanıb.
Hazırda insidentin təfərrüatları araşdırılır.