BAKI, 25 sentyabr — Sputnik. Rusiyanın paytaxtı Moskvada Daxili İşlər Nazirliyinin mərkəzi aparatında işləyən general-mayor Aleksandr Melnikov saxlanılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, o, böyük həcmdə fırıldaqçılığa cəhddə ittiham olunur.
Hələlik cinayət işinin detalları məlum deyil. İstintaq ittiham edilən şəxsin noyabrın 24-dək həbsdə qalmasına dair vəsatət qaldırıb.
Prokuror isə hakimi işlə bağlı qərarın verilməsini iki gün müddətinə təxirə salmağa çağırıb.