Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyədə rusiyalı turistlərin olduğu avtobus qəzaya uğrayıb

© Sputnik / Viktoriya ViatrisTürkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli
Türkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralılardan yeddi nəfər xəstəxanaya getmək istəməyib və aeroporta yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir

BAKI, 22 sentyabr - Sputnik. Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

APA xəbər verir ki, sərnişin avtobusu Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına aparırmış.

Ancaq yolda idarəetmədən çıxan avtobus aşıb. Nəticədə 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan yeddi nəfər xəstəxanaya getmək istəməyib və aeroporta yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir.

Xəbər lenti
0