Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xəzərin statusu probleminin həlli yolunda daha bir addım atıldı

© Sputnik / © Sputnik / Vladimir PesnyaXəzər dənizi, arxiv şəkli
Xəzər dənizi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, 1996-cı ildən sözügedən sənəd üzərində iş aparılıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb

BAKI, 19 sentyabr — Sputnik. Rusiya Dövlət Duması bu gün keçirilən plenar iclasında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Müvafiq qanun Dövlət Dumasına Rusiya Prezidenti Vladimir Putin tərəfindən göndərilib. Konvensiya 12 avqust 2018-ci ildə Aktau şəhərində imzalanıb.

Xatırladaq ki, ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti başa çatıb.

Sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri — İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Bundan əlavə, beş ölkənin vəzifəli şəxsləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atıblar.

Xatırladaq ki, 1996-cı ildən sözügedən sənəd üzərində iş aparılıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Xəbər lenti
0