Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Uşaqların "sevimli dayəsi" ağır vəziyyətdə reanimasiyaya yerləşdirildi

© Sputnik / Evgeniya Novozhenina / Mediabanka keçidAnastasiya Zavorotnyuk, arxiv şəkli
Anastasiya Zavorotnyuk, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tanınmış aktrisa iki həftə öncə müalicə üçün Avropaya üz tutsa da, heç bir müsbət nəticə əldə olunmayıb

BAKI, 14 sentyabr — Sputnik. Həkimlər rusiyalı aktrisa Anastasiya Zavorotnyukun beynində şiş olduğunu bildiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, həkimlərin söylədiyinə görə, onkoloji xəstəlik aktrisada 2018-ci ildə qızı dünyaya gəldikdən sonra müəyyən olunub. Zavorotnyukun mətbuatla iş üzrə nümayəndəsi Marina Potapova məlumata şərh verməkdən boyun qaçıraraq "Siz bilirsiniz mən nə cavab verəcəm" deməklə kifayətlənib. Ötən həftə aktrisada beyin iflici yarandığına görə onu reanimasiyaya köçürüblər. Məlumatda bildirilir ki, aktrisa iki həftə öncə müalicə üçün Avropaya üz tutsa da, heç bir müsbət nəticə əldə olunmayıb. Zavorotnyuk özü isə jurnalistlərin suallarını cavabsız qoyub.

Qeyd edək ki, aprel ayından heç bir tədbirdə görünməyən aktrisa avqust ayındakı tamaşalarını da təxirə salıb. Onun vəziyyətinin kritik olduğu bildirilir.

Xəbər lenti
0