BAKI, 14 sentyabr — Sputnik. Rusiya Baş naziri Dmitri Medvedev bəyan edib ki, iş həftəsinin qısaldılması iqtisadiyyatdakı vəziyyətdən asılı olacaq. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
"Gələcəkdə iş həftəsinin qısaldılması da baş verə bilər", - deyə Medvedev vurğulayıb.
Onun sözlərinə görə, bu iqtisadiyyatdakı vəziyyət, həmçinin istehsal sahələrindən asılı olacaq.
Medvedev qeyd edib ki, dörd günlük iş həftəsinə mümkün keçid müzakirə olunur və bir neçə toplantı keçirmək niyyətindədir.