BAKI, 13 sentyabr — Sputnik. Ermənistanda Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq xüsusi təyinatlısı Nikita Belyankinin qətlində şübhəli bilinərək Rusiya tərəfindən axtarışa verilən Qriqor Ohanyan azadlığa buraxılıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən xəbər verir.
Ohanyan Ermənistanda 40 gün həbsdə saxlanılıb və daha sonra azadlığa buraxılıb. O, Ermənistan vətəndaşı olduğundan Rusiyaya təhvil verilə bilməz. Rusiya hüquq mühafizə orqanları Ohanyana qarşı istintaq materiallarını baxılması üçün Ermənistan Respublikasına göndərə bilər.
Xatırladaq ki, Ohanyan iyulun sonlarında Ermənistanda saxlanılıb. O, bildirib ki, iyunun 1-i onun kafesində ("Beer House") qonaqlardan birinin ad günü qeyd olunub. İki sərxoş özünü çox səs-küylü aparıb və restoran sahibi onları küçəyə çıxarıb. Orada isə iki sərxoş münasibətləri aydınlaşdırmağa davam edib. Bu zaman əlində tapança olan Belyankin meydana çıxıb, atəş açıb və dava başlayıb.
Xatırladaq ki, 24 yaşlı Nikita Belyankin iyunun 1-i Moskvanın Krasnoqorsk rayonunda kütləvi dava zamanı qətlə yetirilib. İstintaqın versiyasına görə, o, kütlənin döydüyü iki nəfərin müdafiəsinə qalxıb. Münaqişənin 8 iştirakçısı həbs olunub, daha iki nəfər isə axtarışa verilib.