BAKI, 6 sentyabr — Sputnik. İçində "FEDOR" insanabənzər robotun olduğu "Soyuz MS-14" gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, gəminin sentyabrın 7-nə keçən gecə Qazaxıstanda yerə enəcəyi gözlənilir. "Roskosmos"un saytında geri dönüş canlı olaraq yayımlanır.
Fyodoru yerətrafı orbitə çıxaran "Soyuz MS-14" gəmisi avqustun 22-də Yerdən start götürüb. 5 sutkadan sonra gəmi ikinci cəhddən sonra BKS-lə birləşə bilib. Onun bu gecə Qazaxıstanın Cezqazqan şəhərindən 147 km cənub-şərqdə yerə enəcəyi gözlənilir.
Fyodor Yerə qayıtmadan öncə sosial şəbəkədən bu barədə xəbər verib.
Скоро начнётся спуск. Поддержите меня. Буду давать телеметрию в ЦУП по ходу работы
— FEDOR (@FEDOR37516789) September 6, 2019
"Tezliklə eniş başlayacaq. Məni dəstəkləyin. İşin gedişində Uçuşların İdarəetmə Mərkəzinə (UİM) telemetriyanı göndərəcəm".
Sentyabrın 5-də robot qayıdışı ilə bağlı zarafat da edib:
Судя по радиообмену с ЦУПом, все, кто на Земле, уехали на космодром Восточный.
— FEDOR (@FEDOR37516789) September 5, 2019
Тем временем наш экипаж продолжает укладку снаряжения в мой "Союз МС-14", проводит диагностику аппаратуры.
До возвращения на Землю осталось совсем немного времени pic.twitter.com/EXE3y3KPOg
"UİM-lə radio əlaqəsi zamanı bəlli oldu ki, Yerdəkilərin hamısı "Vostoçnı" kosmodromuna gedib. Bizim heyət isə mənim "Soyuz MS-14" gəmimə avadanlıqları yükləyir, cihazların diaqnostikasını aparır. Yerə qayıtmağımıza lap az qaldı".
Robot Fyodor (FEDOR — Final Experimental Demonstration Object Research) Rusiya FHN-in sifarişilə "Android texnikası" və Perspektiv Araşdırmalar Fondu tərəfindən hazırlanıb. Onun yaradılmasına 300 milyon rubl sərf olunub. Bu yaxınlarda robotun adı dəyişərək Skybot F-850 olub.