BAKI, 1 sentyabr — Sputnik. Rusiyanın Saratov şəhərində dəhşətli hadisə baş verib.
Sputnik Azərbaycan Saratovnews-a istinadən bildirir ki, şəhər sakini iki aylıq uşağı qətlə yetirib.
Rusiya İstintaq Komitəsinin vilayəti üzrə idarəsinin saytında bildirilir ki, körpə patologiya ilə doğulubmuş. İlkin versiyaya görə, avqustun 31-də uşağın anası mağazaya gedib. İki yaşlı oğlunu və iki aylıq qızını isə ərinin yanında qoyub. Kişi uşağı çardağa aparıb və öldürüb.
Saratovnews yazır ki, kişi hər iki uşağın ögey atasıdır. Həmçinin onun körpənin başını kəsdiyi qeyd edilir. İstintaq isə bu məlumatı rəsmi olaraq təsdiqləməyib.