Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyev məhkəməsi Vışinskini azadlığa buraxıb

© Sputnik / Стрингер / Mediabanka keçidРуководитель портала "РИА Новости Украина" Кирилл Вышинский на заседании Подольского районного суда Киева
Руководитель портала РИА Новости Украина Кирилл Вышинский на заседании Подольского районного суда Киева - Sputnik Azərbaycan
Abunə olmaq
Vışinski 400 gündən çox həbsdə olub. Ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə hələ keçirilməyib

BAKI, 28 avqust — Sputnik. Kiyevin Apellyasiya məhkəməsi “RİA Novosti Ukrayna” saytının rəhbəri Kiril Vışinskinin həbsdən azad edilməsinə dair qərar qəbul edib.

К. Вышинский, задержанный в Киеве и арестованный судом Херсона на 60 дней без возможности внесения залога, подозревается в поддержке самопровозглашенных республик Донбасса и государственной измене - Sputnik Azərbaycan
Vışinskinin azadlığı üçün ATƏT-in nümayəndəsi xahiş etdi

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki,  ona qarşı qətimkan tədbiri dəyişilib. Belə ki, Vışinskiyə qarşı şəxsi zaminlik qətimkan tədbiri seçilib və jurnalist birinci tələb əsasında məhkəməyə və ya müstəntiqin qəbuluna gəlməlidir.

Vışinski 400 gündən çox həbsdə olub. Ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə hələ keçirilməyib.

Kiril Vışinski 2015-ci il mayın 15-də saxlanılıb. O, Donbasın tanınmamış respublikalarını dəstəkləməkdə və dövlətə xəyanətdə günahlandırılır. Bu ittihamlarla bağlı olaraq jurnalist 15 il müddətində həbs edilə bilər.                             

Jurnalist özü ittihamları rədd edib.

Xəbər lenti
0