BAKI, 17 avqust — Sputnik. Şənbə günü səhərdən Soçiyə yağan yağışlar səbəbindən şəhər küçələrini su basıb.
Sputnik Azərbaycan xəbər verir ki, suyun səviyyəsi o qədər qalxıb ki, insanlar üçün bir küçədən digərinə adlamaq əməlli-başlı problem olub.
Şəhər sakinlərindən birinin paylaşdığı videoda görünür ki, hətta avtomobillər də küçələrdə "üzür".
Bəzi sakinlər isə havanın şıltaqlığına yumorla yanaşaraq öz keflərindən qalmayıblar. Onlardan biri çay qoluna dönən küçədə çimmək qərarına gəlib. Hətta yanından keçən mikroavtobusu da eyninə almayıb.
Посмотреть эту публикацию в Instagram
Meteoroloqlar dünəndən bəri havanın pisləşəcəyi, dənizdə qasırğa olacağı, çaylarda suyun səviyyəsinin qəfil qalxacağı barədə xəbərdarlıq ediblər. Yerli qəza xidmətləri fövqəladə halların aradan qaldırılması üçün səylərini ikiqat artırıblar.