Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zakir Həsənov Sergey Şoyquya başsağlığı verdi

© Sputnik / Murad OrujovMüdafiə naziri, general-polkovnik Zakir Həsənov
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Arxangelsk vilayətində yerləşən hərbi poliqonda baş vermiş hadisə nəticəsində "Rosatom" şirkətinin əməkdaşları həlak olub

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyindən daxil olduğu məlumatda bildirilir.

Məlumata əsasən başsağlığında deyilir: "Arxangelsk vilayətində yerləşən hərbi poliqonda baş vermiş hadisə nəticəsində "Rosatom" şirkətinin əməkdaşlarının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik".

Xəbər lenti
0