Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türklərdən sonra ruslar da Azərbaycanın itən "MiQ-29"-nun axtarışına başladı

© AR Ministry of DefenseAzərbaycan HQ-nə məxsus "MiQ-29"
Azərbaycan HQ-nə məxsus  MiQ-29 - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Axtarış bölməsinin tərkibində 50-ə yaxın şəxsi heyəti olan "Anatliy Qujvin" hidroqrafik gəmisi, göyərtəsində çoxməqsədli mobil "MMK-1-100" kompleksi yer alan "SB-45" xilasedici yedək gəmisi var

BAKI, 8 avqust — Sputnik. Rusiyanın Xəzər dənizi donanmasının mütəxəssisləri qəzaya uğrayan Azərbaycana məxsus "MiQ-29" təyyarəsinin axtarışlarında iştirak edəcək. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.

"Xəzər donanmasının qəza-xilasetmə bölməsinin mütəxəssisləri qəzaya uğrayan Azərbaycana məxsus "MiQ-29" təyyarəsinin birgə axtarışlarında iştirak üçün göndərilib", - deyə Astafyev bildirib.

Axtarış bölməsinin tərkibində 50-ə yaxın şəxsi heyəti olan "Anatliy Qujvin" hidroqrafik gəmisi, göyərtəsində çoxməqsədli mobil "MMK-1-100" kompleksi yer alan "SB-45" xilasedici yedək gəmisi var. Habelə axtarış tədbirlərinə teleidarəetməli "Falkon" sualtı aparatını, "Super QNOM Pro" teleidarəetməli sualtı baxış aparatını və "Tayger" pilotsuz sualtı aparatını cəlb etmək planlaşdırılır.

Azərbaycan HHQ-nin "MiQ-29" qırıcısı iyulun 24-də axşam saat 22.00 radələrində təlim-məşq uçuşları zamanı Xəzər akvatoriyası üzərində radarlardan itib. Təyyarə Azərbaycanın ərazi sularında qəzaya uğrayıb. Pilotun taleyi haqda heç nə məlum deyil. Azərbaycan Müdafiə Nazirliyinin və digər müvafiq strukturların başlatdığı intensiv axtarışlar nəticə verməyib. Azərbaycan bundan sonra Türkiyədən kömək istəyib, Türkiyə Müdafiə Nazirliyinin xüsusi təyinatlı dalğıcları axtarışlar üçün göndərilib. Onların apardıqları axtarışlar hələlik nəticə verməyib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала