BAKI, 8 avqust — Sputnik. Beşinci nəsil qırıcıcı olan F-35 Lightning II məlumatları birbaşa yayım rejimində ABŞ ordusunun Integrated Air and Missile Defense Battle Command System (IBCS) hava hücumundan və raketdən müdafiə vahid idarəetmə sisteminə ötürüb.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə Defense News məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, nümayiş F-35 Lightning II-nin digər aşkarlama vasitələrinin istifadəsinin çətin olduğu bir kəşfiyyat təyyarəsi kimi fəaliyyət göstərərək çoxdomenli əməliyyatlarda iştirak etmə qabiliyyətini yoxlamağa imkan verib.
Avqust ayında The Aviationist Su-57-ni F-22 Raptor və F-35 Lightning II-nin uğursuz klonu adlandırıb. Halbuki bir rus qırısıcı həmin F-22 Raptor və F-35 Lightning II üçün ciddi təhlükə yarada bilər.
2006-cı ilin dekabrında Northrop Grumman korporasiyası IBCS-ni anons edib.
Çoxdomenli əməliyyatlar konsepsiyası quruda, dənizdə, havada, kosmosda və kiberməkanda vəziyyəti operativ izləmək üçün Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və ABŞ Ordusunun məlumatlarının birləşdirilməsini əhatə edir.
Birləşmiş Ştatların Silahlı Qüvvələrinə görə belə yanaşma potensial rəqiblərin, ilk növbədə Rusiya və Çinin, mübahisəli məkanlarda situasiyanı dəyişməsinə reaksiya verməyə imkan yaradacaq.