BAKI, 23 iyul — Sputnik. Cənubi Koreya hərbçiləri Rusiya Hərbi Kosmik Qüvvələrini bu gün səhər saatlarında ölkənin hava məkanını pozmaqda ittiham edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Yonhap" agentliyi Koreyalı hərbçilərə istinadən yayıb.
Məlumata əsasən, Rusiyaya məxsus bombardmançı təyyarə Cənubi Koreyanın hava məkanına iki dəfə daxil olub. Hadisə ölkənin Yapon dənizi üzərində hava məkanında baş verib.
Koreyalı hərbçilər bildiriblər ki, qırıcılar havaya qaldırılıb. Qırıcılar, həmçinin xəbərdarlıq atəşi açıblar.