Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Türkiyə üçün bir ilkə imza atdı

© AP Photo / Turkish Defence MinistryВоенные машины и оборудование, части систем ПВО С-400 на гудронированном шоссе после выгрузки с российского транспортного самолета в военном аэропорту Муртед в Анкаре, Турция
Военные машины и оборудование, части систем ПВО С-400 на гудронированном шоссе после выгрузки с российского транспортного самолета в военном аэропорту Муртед в Анкаре, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər arasında bağlanan müqavilənin tam olaraq 2020-ci ilin aprelinə qədər reallaşdırılması gözlənilir

BAKI, 15 iyul — Sputnik. Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərinin birinci partiyasının əsas komponentlərinin Türkiyəyə çatdırılması bu həftə ərzində başa çatacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu "İzvestiya" nəşrinə mənbə bildirib.

Məlumatda qeyd olunur ki, tərəflər arasında bağlanan müqavilənin tam olaraq 2020-ci ilin aprelinə qədər reallaşdırılması gözlənilir.

Vurğulanır ki, Rusiya hökuməti "S-400" komponentlərinin sürətli və fasiləsiz olaraq daşınması üçün hava körpüsü yaradıb.

Eyni zamanda qeyd olunur ki, ilk dəfədir ki, belə bir həcmdə texnikanın daşınmasında nəqliyyat aviasiyasından istifadə olunur.

Xatırladaq ki, ötən həftə "S-400" zenit-raket komplekslərinin birinci partiyası artıq Türkiyəyə çatdırılıb.

Зенитные ракетные системы С-400 во время репетиции парада Победы на военном полигоне Алабино - Sputnik Azərbaycan
"Türkiyə ilk qaranquş idi" - Rusiya "S-400"lərə yeni müştərilər tapıb

ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışıb. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid edib.

Xatırladaq ki, iyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində "F-35"lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

Xəbər lenti
0