BAKI, 7 iyul — Sputnik. Rusiyanın Sverdlovsk vilayətində 3 nəfərin ölümüylə nəticələnən dəhşətli qəza olub.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, RF DİN Baş İdarəsinin region üzrə mətbuat katibi Valeri Qumilyovun sözlərinə görə, hadisə yerli vaxtla 00:15-də, Karpinsk-Kıtlım yolunun 44-cü km-də baş verib.
54 ton benzin daşıyan maşın yoldan çıxaraq alışıb, sonra isə partlayıb. Sisternin üzərində isə sürücünün yolüstü götürdüyü turist qrupu əyləşibmiş. İlkin məlumata görə, 3 nəfər həlak olub, 6 nəfər xəstəxanaya çatdırılıb.
"Sürücünün sərxoş olduğu müəyyən edilib. Hadisə ilə bağlı cinayət işi açılıb", - məlumatda deyilir.
Hazırda sürücü saxlanılıb, işə prokurorluq nəzarət edir.