BAKI, 7 iyul — Sputnik. Moskvanın Domodedovo hava limanında təyyarələrin və limanın özünün minalanması barədə güc strukturlarına məlumat daxil olub.
Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, məlumat sosial şəbəkə vasitəsilə alınıb.
"Alınan məlumatda bildirilir ki, aeroportda üç partlayıcı qurğu gizlədilib. Onlardan ikisinin Aşqabad və Sürixə uçan təyyarələrin yük yerində, birinin isə aeroportun uçuş zonasında olduğu deyilir", - mənbə bildirib.
O, əlavə edib ki, hüquq-mühafizə orqanları və xüsusi xidmətlərin əməkdaşları informasiyanı araşdırırlar, adıçəkilən reyslərin yükləri təkrar baxışa göndərilib.