Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı ailəyə edilən 18-ci əsr üslubunda hücumun təfərrüatları

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli
Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qılınc, qırmanc, odlu silah və qumbara ilə silahlanmış kazaklar iş adamının 24 yaşlı oğlu İlqarı tutaraq, qandallayıb və döyüblər

BAKI, 5 iyul — Sputnik. Rusiya polisi Çelyabinsk vilayətinin Verxni Ufaley şəhərində azərbaycanlı iş adamı Eminəli Musayevin ailəsini döymüş dörd nəfəri saxlayıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, saxlanılan şəxslərdən biri kazakların lideri, məşhur qarışıq döyüş (MMA) ustası Sergey Kalinindir.

İnsident iyulun 2-si "Sozvezdiye" kafesində başlayıb. Qılınc, qırmanc, odlu silah və qumbara ilə silahlanmış kazaklar iş adamının 24 yaşlı oğlu İlqarı tutaraq, qandallayıb və döyüblər.

Zərərçəkmiş deyib ki, təqribən altı ay əvvəl onunla keçmiş xüsusi təyinatlı İvan Spiridonov arasında münaqişə yaranıb. Münaqişə zamanı İlqar stolun arxasından qalxaraq ayağı ilə stulu itələyib. Onun bu hərəkəti Spiridonovun xoşuna gəlməyib. Lakin gənclər söhbət edəndən sonra aralanıblar. Həmin gündən sonra onlar görüşməyiblər.

© © Sergey Kalinin sosial şəbəkədə paylaşımıQarışıq döyüş (MMA) ustası Sergey Kalinin (mərkəzdə)
Azərbaycanlı ailəyə edilən 18-ci əsr üslubunda hücumun təfərrüatları - Sputnik Azərbaycan
Qarışıq döyüş (MMA) ustası Sergey Kalinin (mərkəzdə)

Xəbər verilir ki, İlqar kazaklara qoşulmaq istəyib, lakin tanışları ona müsəlman olduğu üçün bunun mümkün olmadığını deyiblər.

İyulun 1-i İlqara kazakların lideri, MMA döyüşçüsü Sergey Kalinin zəng vurub və ondan kazaklara qoşulmaq istəyib-istəmədiyini soruşub.

"Dedim ki, xeyr, məsələ bağlanıb", - İlqar deyib. Kalinin isə cavab olaraq gəncə onu ələ saldığını və kazaklara ciddi yanaşmadığını deyib.

Tərəflər arasında "Sozvezdiye" kafesində görüş baş tutub. Orada Sergey Kalinin, onun qardaşı Rodion və Spiridonov azərbaycanlı gənci döyüb və qumbara ilə ona hədə-qorxu gəliblər.

Zərərçəkmişin qardaşı Elfat hadisədən xəbər tutandan sonra hücum edən şəxslərə münaqişəni sülh yolu ilə həll etməyi təklif edib.

Волк, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Canavarın Oğuz hücumunun dəhşətli görüntüləri

İyulun 3-ü Elfat və atası kazaklarla barışmağa gediblər. Görüş yerinə gəlib çatanda onlar beş silahlı şəxslə qarşılaşıblar. Onlardan biri qəflətən Elfatı qılıncla vurub.

İlqar deyib ki, bundan sonra əlavə olaraq 15-20 kazak hadisə yerinə gəlib.

"Onlardan bəziləri formalarını geyinmişdi, bəziləri isə formasız idi. Bizi əhatəyə aldılar. Bizi sadəcə öldürürdülər. Yerdə sürüdülər, vurdular, sonra isə atəş açmağa başladılar", - zərərçəkmiş deyib.

Onun sözlərinə görə, polis hadisə yerinə gəlib çıxandan sonra baş verənlərin görüntülərini telefona çəkməyə başlayıb və heç kəsi saxlamayıb.

Bildirilir ki, Kalinin qardaşları və Spiridonov artıq saxlanılıblar. Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə idarəsi də bu məlumatı təsdiqləyib.

Xəbər lenti
0