Atlas Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bu günlərdə İran İslam Respublikasından qayıdıb. Politoloq orada bir sıra siyasi dairələrin və ekspert qruplarının nümayəndələri ilə görüşüb. Bu görüşlərdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlər, həmçinin regiondakı vəziyyət müzakirə edilib.
Ekspertlərin fikrincə, Azərbaycanla İran arasında bir çox sahələrdə gələcək münasibətlərin inkişafı üçün yaxşı potensial mövcuddur. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 73% artıb. Son beş ildə iki ölkə prezidenti arasında Bakı, Tehran və beynəlxalq konfranslar çərçivəsində 12 görüş keçirilib.
İyulun 5-də saat 14:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Körfəzdəki vəziyyət prizmasından İran-Azərbaycan münasibətlərinin perspektivinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Tədbirdə iştirakçılar Elxan Şahinoğlunun İranla bağlı məlumatlarını dinləyəcəklər və ikitərəfli münasibətlərin perspektivləri müzakirə ediləcək.
Tədbirdə digər ekspertlər də iştirak edəcək.
Əlavə məlumat üçün müraciət edə bilərsiz:
E-mail: i.velizade@rian.ru
Telefonlar: 404-13-84/85
Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).