BAKI, 26 iyun — Sputnik. AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini tam həcmdə təsdiq edən qətnamə qəbul etdi.
Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, qəbul olunmuş sənəddə AŞPA Moskvanı 2014 və 2015-ci illərin qətnamələrinə daxil edilmiş bütün tövsiyələri yerinə yetirməyə çağırıb.
Qətnamədə həmçinin deyilir ki, "Rusiya nümayəndə heyəti qeyd-şərtsiz Assambleyanın Monitorinq və digər komitələri ilə əməkdaşlığa başlamalı və öz öhdəliklərinin yerinə yetirilməsi üçün konstruktiv dialoq aparmalıdır.
AŞPA iyunun 25-nə keçən gecə qətnamə qəbul edərək Rusiya nümayəndə heyətinə iyun sessiyasında iştirak üçün dəvət göndərmiş, ancaq heyətin səlahiyyətlərini sual altında saxlamışdı. Rusiya AŞPA-da səlahiyyətlərinin təsdiq olunması üçün ərizə vermişdi.