Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Gözlənilməz istefa: Respublika başçısı xalqa müraciət etdi - VİDEO

© Sputnik / Maxim Blinov / Mediabanka keçidГлава Республики Ингушетия Юнус-Бек Евкуров (справа) на IV Международной выставке RABIA-EXPO 2019 в Центральном выставочном зале "Манеж" в Москве
Глава Республики Ингушетия Юнус-Бек Евкуров (справа) на IV Международной выставке RABIA-EXPO 2019 в Центральном выставочном зале Манеж в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
İnquşetiya rəhbəri istefa vermək niyyətində olduğunu bildirib

BAKI, 25 iyun - Sputnik. Rusiyanın İnquşetiya Respublikasının başçısı Yunus-Bek Yevkurov istefa verdiyini bəyan edib. O bunu respublikanın milli televiziyası ilə yayımlanan müraciətində deyib.

Yevkurov 2008-ci ildən İnquşetiyaya rəhbərlik edir. Başçı öz addımını cəmiyyətdə birliyin olmaması, respublika və şəxsi maraqlar arasında seçim etmək məcburiyyətində qalması ilə izah edib. 

"Gəlin cəsarət göstərək və deyək ki, biz hamımız - təmsil etdiyim hakimiyyət, ictimai, dini təşkilatlar bu gün birliyin olmamasına görə məsuliyyət daşıyırıq. Hər birimiz seçim qarşısındayıq: şəxsi maraqlar, yoxsa respublikanın maraqları", - Yevkurov bildirib.

Başçı istefa barədə Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəyini deyib. Yevkurovun səlahiyyətləri 2023-cü ildə bitirdi.

Xəbər lenti
0