QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məmmədyarov Boltonla Qarabağı müzakirə etdi

© © AR Ministry of Foreign AffairsAzərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşüb
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə, eləcə də, geniş Yaxın Şərq bölgəsində mövcud olan vəziyyət, eləcə də qlobal gündəlikdə duran qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb

BAKI, 19 iyun – Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşüb.

Советник президента США по вопросам национальной безопасности Джон Болтон - Sputnik Azərbaycan
ABŞ Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazır olduğunu bəyan edib

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə tərəflər bir sıra məsələlər üzrə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin cari mərhələsi və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıblar.

Həmçinin ABŞ və Azərbaycan arasında mövcud olan ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələlər, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüslər, enerji və nəqliyyat sahəsində rellaşdırılan layhələr, habelə Avropaya qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları tərəflər arasında müzakirə edilib.

Görüşdə, eləcə də, geniş Yaxın Şərq bölgəsində mövcud olan vəziyyət, eləcə də qlobal gündəlikdə duran qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0