QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyə bir daha təsdiq etdi: Qarabağ məsələsində Azərbaycanın yanındayıq

CC BY-SA 2.0 / ogannes / Аскеранская крепостьАскеранская крепость в оккупированном Аскеранском районе Азербайджана, фото из архива
Аскеранская крепость в оккупированном Аскеранском районе Азербайджана, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"

BAKI, 12 iyun — Sputnik. "Türkiyə Dağlıq Qarabağ münaqişənin həlli prosesində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Vitse-spikeri Süreyya Sadi Bilgiç Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

Премьер-министр Армении Никол Пашинян на заседании Высшего Евразийского экономического совета в узком составе - Sputnik Azərbaycan
Çətin vəziyyətə düşən Paşinyan Qarabağ klanına müraciət etdi

Süreyya Sadi Bilgiç vurğulayıb ki, indiki dövrdə heç bir dövlət dünyada baş verən proseslərdən kənarda qala bilməz: "Terrorla ciddi mübarizə aparmaq üçün ortaq mövqe ortaya qoyulmalıdır. Bu sahədə iki və çoxtərəfli müzakirələr aparıla bilər. Avropada islamafobiya ortaya çıxır. Bu, bizdə narahatlıq doğurur. Bu məsələ şiddətlənmədən onun qarşısının alınması önəmlidir. İnanıram ki, Bakı Parlament Platforması bu və ya digər məsələlərlə bağlı ciddi işlər görəcək".

Türkiyə Parlamentinin Vitse-spikeri qeyd edib ki, onun ölkəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın mövqeyini dəstəkləyir: "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə bu istiqamətdə atılan addımlarda Azərbaycanın yanındadır".

Xəbər lenti
0