Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Ümid edirəm ki, ümumi dil tapacağıq" - Paşinyan Putinlə görüşdən danışdı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidErmənistan Baş Naziri Nikol Paşinyan
Ermənistan Baş Naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Nazir: "Bizim Rusiya ilə qeyri-adi, strateji münasibətlərimiz var"

BAKI, 7 iyun — Sputnik. Ermənistan Baş Naziri Nikol Paşinyan "RİA Novosti"-yə müsahibəsində bəyan edib ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə görüş zamanı qazın qiymətini müzakirə edib. Sputnik Azərbaycan xəbər verir ki, Paşinyan bunun iki ölkə münasibətləri baxımından olduqca önəmli məsələ olduğunu bildirib.

"Bu, həqiqətən də bizim münasibətlərimiz üçün olduqca önəmli məsələdir. Mən düşünürəm ki, biz bu məsələni Avrasiya İqtisadi İttifaqı çərçivəsində də müzakirə edəcəyik. Hesab edirəm ki, bu məsələnin bütün nüanslarını anlamaq lazımdır. Çünki mən Rusiya Prezidenti ilə görüş zamanı dedim ki, bizdə çox yaxşı iqtisadi dinamika var", - deyə Paşinyan qeyd edib.

O, vurğulayıb ki, bu ilin birinci rübünün göstəricilərinə görə Ermənistanda iqtisadi inkişafın göstəricisi 7,1% olub: "Bu onu göstərir ki, bizim iqtisadi sıçrayış etməyimiz üçün çox yaxşı şansımız var. Biz bunu iqtisadi inqilab adlandırırıq. Bizim iqtisadiyyatımızdakı bu tempi saxlamaması üçün münasib qaz qiymətini razılaşdırmağımız olduqca önəmlidir. Mən ümid edirəm ki, biz ümumi dil tapacağıq, çünki bizim Rusiya ilə qeyri-adi münasibətlərimiz, strateji münasibətlərimiz var və mən düşünürəm ki, qaz üzrə strateji məsələni də həll etmək lazımdır".

Xəbər lenti
0