Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın məşhur enerji layihəsini yeni sanksiyalar gözləyir

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçidСтроительство газопровода "Северный поток-2" в Германии
Строительство газопровода Северный поток-2 в Германии - Sputnik Azərbaycan
Abunə olmaq
Layihədə iştirak edən İsveçrə və İtaliya şirkətləri sanksiyaların hədəfinə tuş gələ bilər

BAKI, 1 iyun — Sputnik. ABŞ senatorları "Şimal Axını 2" qaz borusunun tikintisində istifadə olunan gəmilərə sığorta xidmətlərini göstərən fiziki və hüquqi şəxslərə qarşı ən azı beş növ sanksiyanın tətbiq olunmasını təklif ediblər. Sputnik Azərbaycan Ria Novosti-yə istinadən xəbər verir ki, sözügedən təkliflərin qeyd olunduğu qanun layihəsi mayın 14-də Konqresə təqdim olunub, lakin sənədin tam mətni bugün dərc olunub.

Təklif olunan sanksiyalara həmçinin aşağıdakılar daxildir:

Tovuz rayonunun Əsirik dərəsində yerləşən istirahət mərkəzlərindən biri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda alternativ enerji mənbəyi varmış: Ölkə zülmətə bürünəndə orada işıq yanırdı

- ixrac lisenziyalarının verilməsinə qadağa;

- il ərzində ümumi həcmi 10 milyon dollardan artıq kreditlərin alınmasına qadağa;

- ABŞ dövlət borcları və ya federal maliyyə vasitələri üzrə əməliyyatlara qadağa;

- ABŞ yurisdiksiyası zonasında ödənişlərin aparılmasına və əmlak əməliyyatlarına qadağa

- ABŞ ərazisinə daxil olmaq qadağası və Rusiya boru xətlərinin tikintisində istifadə olunan gəmilərin satışı, kirayəsi və təmin edilməsində iştirak edən şəxslərin ABŞ yurisdiksiyasında aktivlərinin dondurulması.

Qanun layihəsinin müəllifləri senatorlar Ted Kruz, Cin Şaxin, Con Barraso və Tom Kottondur.

Foreign Policy jurnalı güman edir ki, iki tikinti şirkəti bu sanksiyaların hədəfinə tuş gələ bilər. Bunlar İsveçrənin Allseas və İtaliyanın Saipem şirkətləridir.

Кабинет министров Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Hökumət enerji sahəsində dəyişikliklərə imza atdı

Sanksiyaların "Türk Axını" layihəsinin dəniz hissəsinin də reallaşmasına təsir edə biləcəyi bildirilir.

"Şimal Axını 2" layihəsi çərçivəsində Baltik dənizinin dibi ilə Rusiya və Almaniya arasında qaz kəmərinin tikintisi nəzərdə tutulub. Qaz kəmərinin gücü ildə 55 milyard kubmetr qaz təşkil etməlidir.

Layihə Almaniya və Avstriya tərəfindən dəstəklənir. "Şimal Axını 2" layihəsini Norveç də dəstəkləyir. Bu ölkənin hökuməti layihənin podratçılarından biri olan Kvaerner şirkətində 30 faiz pay sahibidir.

Xəbər lenti
0