BAKI, 31 may — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefonla danışaraq bır sıra xarici siyasət məsələlərini müzakirə edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Tərəflərin Suriyadakı vəziyyətə daha çox diqqət ayırdığı xüsusilə qeyd olunur.
Bundan əlavə, Putin və Ərdoğan hərbi-texniki sahə daxil olmaqla bir sıra ikitərəfli məsələləri də müzakirə edib.
Prezidentlər, həmçinin 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində baş tutacaq "G20" sammiti çərçivəsində görüş keçirmək barədə razılığa da gəlib.