BAKI, 27 may — Sputnik. Ermənistanın müdafiə naziri David Tonoyan Yerevanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) ilə görüşüb.
Sputnik Ermənistan xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.
Görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədindəki mövcud vəziyyət, Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttindəki situasiya müzakirə olunub.
Məlumata görə, Tonoyan görüşdə Ermnistan və Azərbaycanın siyasi rəhbərliyi arasında 2018-ci ilin oktyabrında qurulmuş operativ əlaqənin vacibliyini qeyd edib və ölkələrin hərbi komandanlıqları arasında da analoji kommunikasiyanın yaradılmasının vacibliyini vurğulayıb.