Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyənin S-400-ləri alması ətrafında böyük bir kampaniya gedir

© AP Photo / Vadim SavitskyЗенитно-ракетный комплекс С-400 "Триумф"
Зенитно-ракетный комплекс С-400 Триумф - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyə bu durumdan faydalanmağa çalışır, Moskva isə istəyir ki, Ankara S-400-ləri alsın"

BAKI, 23 may — Sputnik. Türkiyə üzərində Amerika təzyiqi haqqında məlumatın uyğunsuzluğu onu göstərir ki, rus-türk silahları ətrafında bütöv bir informasiya-psixoloji kampaniyası gedir. Bunu Sputnik Azərbaycan-a politoloq Pavel Klaçkov deyib.

CNBC telekanalının anonim mənbələrə istinadla verdiyi xəbərə görə, daha əvvəl belə məlumat yayılmışdı ki, əgər Türkiyə Moskva ilə silah barədə razılaşmadan imtina etməsə, beşinci nəsil döyüş təyyarəsi olan F-35 qırıcılarının istehsalı proqramından çıxarılacaq. Bu informasiyanı daha sonra Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran təkzib edib.

Зенитные ракетные комплексы C-400, фото из архива - Sputnik Azərbaycan
Vaşinqton Ankaraya iki həftə vaxt verdi

Klaçkov hesab edir ki, Ərdoğanın güclü xarakteri var və Türkiyə ABŞ-ın S-400 zenit-raket komplekslərinin satın alınması ilə bağlı təzyiqinə tab gətirməyə qadirdir.

Bununla yanaşı, politoloq qeyd edib ki, Amerikanın təzyiqləri barədə informasiyaların özü son dərəcə mübahisəlidir. Əvvəlcə KİV Vaşinqtonun hansısa ultimatumları barədə yazır, bir qədər sonra isə Türkiyə tərəfi belə hədələrin yüksək səviyyədə səsləndirildiyini inkar edir.

"Görünür, Rusiya-Türkiyə silah müqaviləsi ətrafında tam bir informasiya-psixoloji kampaniya gedir" - deyə Sputnik Azərbaycanın həmsöhbəti bildirib.

Klaçkov hesab edir ki, ABŞ hansısa məqamda hətta Türkiyənin Rusiyadan S-400-ləri alması ilə barışıb. O, sözünə qüvvət olaraq, NATO-nun ali baş komandanı general Tod Uoltersin "Türkiyə Rusiya ZRK-ni əldə etsə belə, ABŞ Türkiyənin müttəfiqi olaraq qalacaq" bəyanatını misal gətirib.

© Sputnik / Murad OrujovРоссийский политолог Павел Клачков
Türkiyənin S-400-ləri alması ətrafında böyük bir kampaniya gedir - Sputnik Azərbaycan
Российский политолог Павел Клачков

Politoloq hesab edir ki, Vaşinqton Rusiya təsirinə qarşı mübarizədə "həm qamçı, həm də kökə" siyasətindən istifadə edir.

"Lakin amerikalılar başa düşməlidirlər ki, Ərdoğana nə qədər çox təzyiq göstərsələr, Türkiyə tərəfinin Rusiya ilə bir o qədər çox əməkdaşlıq etmək arzusu yaranacaq. Rusiya isə öz aləmində Türkiyəni Avropadan əldə etmədiyi əməkdaşlıqla təmin etməyə nə dərəcədə qadir olduğunu götür-qoy etməlidir" - Klaçkov əlavə edib.

Politoloqun fikrincə, ümumiyyətlə bu vəziyyət aydındır və Rusiya ilə ABŞ arasındakı qarşıdurma ilə izah olunur. Hazırda Türkiyə bundan faydalanmağa çalışır. Moskva üçünsə Türkiyənin nəhayət, S-400-ləri alması vacibdir. Hələlik hər kəs türklərin rus ZRK-sından imtina etməyə hazırlaşmadığını deyir.

Xəbər lenti
0