BAKI, 22 may — Sputnik. Rusiyanın Vladimir vilayətində terror aktları törətməyi planlaşdırmaqda şübhəli bilinən iki yaraqlı məhv edilib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
Şübhəli şəxslərin Kolçuqino şəhərində fərdi yaşayış evində olduqları müəyyənləşib ev mühasirəyə alınıb. Qonşu evlərdə olan sakinlər təxliyə olunub.
Terrorçular silahı yerə qoyma və təslim olma tələbinə cavab olaraq hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıblar. Nəticədə zərərsizləşdiriliblər. Atışma yerində silah, sursat, partlayışa hazır partlayıcı əldəqayırma partlayıcı qurğular və dini ekstremist ədəbiyyat aşkarlanıb.
Rusiya Milli Antiterror Komitəsinin operativ qərargahının məlumatına görə, zərərsizləşdirilən şəxslər terror təşkilatlarından birinin üzvləri olub, xaricdən olan emissarları ilə əlaqə saxlayıb və onların tapşırığı ilə insanların sıx toplaşdığı ərazidə terror aktları törətməyi planlaşdırırmışlar.