BAKI, 21 may — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri bu ayın sonunda regiona səfər edəcək.
Sputnik Ermənistan xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan bildirib.
"Mayın sonunda həmsədrlər regiona səfər edəcək", - deyə Naqdalyan bildirib
Rusiya, Fransa və ABŞ nümayəndələri – İqor Popov, Stefan Viskonti və Endryu Şefer Ermənistan, Azərbaycan və Dağlıq Qarabağa səfər edəcək.