Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğanın "S-500" istəyi Rusiyada "isti" qarşılanır, hətta daha mütərəqqi təklif var

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidКомплекс ПВО С-400 "Триумф" заступил на боевое дежурство
Комплекс ПВО С-400 Триумф заступил на боевое дежурство - Sputnik Azərbaycan
Abunə olmaq
"Rusiyanın başqa ölkələrlə birlikdə hərbi texnika istehsal etmək təcrübəsi var"

BAKI, 20 may — Sputnik. "S-400" zenit-raket komplekslərinin alınmasından sonra, gələcəkdə Rusiyadan "S-500" zenit-raket komplekslərini ala biləcəklərini dilə gətirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən cavab gəlib. Sputnik Azərbaycan Türkiyə KİV-nə istindən xəbər verir ki, rusiyalı hərbi mütəxəssislər Türkiyə liderinin fikirlərini dəyərləndiriblər.

Rusiya nümayəndələri Türkiyə ilə bu sahədə ortaq istehsalın mümkün olduğunu dilə gətiriblər. Onların fikrincə, bunun üçün ilk olaraq ölkələr arasında vahid texniki standart formalaşdırılmalıdır.

"Arsenal Oteçestva" jurnalının redaktoru, hərbi ekspert Aleksey Leonkov raket əleyhinə müdafiə sistemlərinin birgə istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsinin nəzəri cəhətdən mümkün olduğunu bildirib. O, Rusiyanın Hindistanla buna bənzər təcrübəsinin olduğunu qeyd edib.

HHQ-nin S-400 raket kompleksi - Sputnik Azərbaycan
Türkiyə Rusiyaya hərbçi göndərir

"Məsələn, Hindistanla tankın hissələrinin birgə istehsalı təcrübəsi var. "Su-30MKİ" tipli tank hazırlanır, hindistanlılar isə daha sonra tanka öz avadanlıqlarını quraşdırır və öz silah sistemlərinə uyğunlaşdırırlar. Yəni, Rusiyanın başqa ölkələrlə birlikdə hərbi texnika istehsal etmək təcrübəsi var" - Leonkov bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.

Xəbər lenti
0