BAKI, 16 may — Sputnik. Rusiyanın Tula vilayətinin Dedilovo kəndində həyət evinin yaxınlığında 15 metr dərinliyində dəlik açılıb.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, ərazini xəbərdarlıq lenti ilə haşiyəyə alıblar. Bu dəliyin təhlükəli olduğu bildirilir. Həmin ərazini iri çatlar əhatə edib. Dəliyin genişlənmə ehtimalı var.
Yerli sakinlərin sözlərinə görə, belə hadisələr tez-tez baş verir. Amma yerdə beşmərtəbəli bina dərinliyində dəliyin açıldığını ilk dəfədir görürlər. Xoşbəxtlikdən zərərçəkən olmayıb.