Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vaşinqtondan Moskvaya hədə: "Əgər 2020-ci ildə seçkilərə müdaxilə etsəniz..."

© REUTERS / AARON P. BERNSTEINABŞ Senatının üzvü Çak Şumer
ABŞ Senatının üzvü Çak Şumer - Sputnik Azərbaycan
Abunə olmaq
Senator: "Əks təqdirdə, Rusiya sərt cavab alacaq"

BAKI, 14 may — Sputnik. ABŞ Senatının üzvü Çak Şumer Dövlət katibi Mayk Pompeoya yazdığı məktubda Rusiyaya səfər zamanı Prezident Vladimir Putinlə nədən danışmağın lazım gəldiyini deyib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Şumerin fikrincə, Pompeo Putinə Vaşinqtonun Moskvanın 2020-ci ildə keçiriləcək seçkilərə müdaxiləsinə dözməyəcəyini xatırlatmalıdır: "Bildirin ki, əks təqdirdə, Rusiya sərt cavab alacaq".

"Vladimir Putinlə görüş zamanı ona bizim seçkilərə müdaxilə istiqamətində istənilən fəaliyyətlərin dərhal və sərt cavabla qarşılanacağı barədə xəbərdarlıq etməyiniz çox vacibdir" - deyə "Hill" nəşrinin senatorun sözlərindən gətirdiyi sitatda bildirilir.

Şumer onu da bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri ilə Amerika seçkilərinə müdaxilə məsələsi ilə bağlı müzakirəyə yanaşmanı dəyişməlidir.

Xəbər lenti
0