BAKI, 10 may — Sputnik. "Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri beynəlxalq hüququn pozulmasıdır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.
“Danışıqlar prosesinin konstruktiv çərçivədə aparılmasına göstərilən təzyiq münaqişənin həllinə yönəlmiş səylərə ziddir. Bu səfərləri qınayırıq. Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma, çox təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan standartlar imkan vermir ki, hər tərəf öz adı ilə çağırılsın. Ermənistan işğal olmuş ərazidə beynəlxalq normalar pozulub. Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edirlər ki, tərəfləri bir-birinə yaxınlaşdırsınlar və danışıqlar prosesi aparılsın. Belə bir məqamda Paşinyanın səfəri başadüşlən deyil. Danışıqlar prosesi baxımdan destruktiv addımdır”, – deyə nazir müavini qeyd edib.