QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Amanda Pol: “Qarabağ danışıqlarının gedişi Paşinyanın niyyətindən asılıdır”

© REPORTAvropa Siyasət Mərkəzinin (Brüssel) eksperti, analitik Amanda Pol
Avropa Siyasət Mərkəzinin (Brüssel) eksperti, analitik Amanda Pol - Sputnik Azərbaycan
Abunə olmaq
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qlobal qüvvələrinin səyləri və təsirləri barədə danışan A.Pol vurğulayıb ki, hazırda həlledici söz Moskvadadır

BAKI, 6 may — Sputnik. "Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, eləcə də liderləri arasında keçirilən görüşlər müsbət addımdır və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində "yeni nikbinlik" üçün əsas olub".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu Brüsseldəki Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol deyib. 

İlham Əliyev Pekində Bir kəmər, bir yol Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib - Sputnik Azərbaycan
Dövlət başçısı Qarabağ münaqişəsinin həllindən danışdı

"Buna dinamikanın dəyişməsi kimi baxıla bilər. Ancaq biz hələ də danışıqların erkən mərhələsindəyik. Tərəqqi hələ də dialoqun konkret addımlara çevrilməsi üzrə hər iki tərəfin siyasi iradəsindən asılıdır", - ekspert bildirib.

"Bundan əlavə, danışıqlar prosesinin gedişi Ermənistanın yeni lideri Nikol Paşinyanın bu məsələyə yanaşmasını dəyişdirmək niyyətində olub-olmamasından asılıdır", - A.Pol söyləyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qlobal qüvvələrinin səyləri və təsirləri barədə danışan A.Pol vurğulayıb ki, hazırda həlledici söz Moskvadadır: "Donald Tramp (ABŞ Prezidenti - red.) bu regionu unudub. O, başqa şeylərlə maraqlanır, məsələn, İranla mübarizə aparır. Rusiya üçün isə Cənubi Qafqaz regionu əsas prioritetdir".

Xəbər lenti
0