Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"ABŞ Türkiyəni hələ yaxşı tanımır"

© AP PhotoFuat Oktay
Fuat Oktay - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğanın müşaviri: "Biz Rusiyadan "S-400" alacaq dediksək, alacağıq"

BAKI, 5 may — Sputnik. "Türkiyə müstəqil ölkədir və özünümüdafiı mələsində qərarını özü verir". Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Fuat Oktay deyib.

O bildirib ki, ölkəsinin havadan müdafiə sisteminə ehtiyacı yarandığı üçün Rusiyadan "S-400" zenit-raket kompleksi almağa qərar verib: "Türkiyə hansısa bir anlaşmaya imza atırsa, sözünün üstündə dayanır. Biz "S-400" alacaq dediksək, alacağıq".

"ABŞ-ın bununla bağlı bizi sanksiya ilə hədələməsi Türkiyəni tanımadıqları deməkdir. Heç kim bizə qarşı təhdid dilində danışa bilməz. Türkiyə sıradan bir ölkə deyil, bölgənin təhlükəsizlik nöqtəsidir" - deyə F.Oktay vurğulayıb.

Rus əsgəri sərgidə nümayiş olunan Rusiyanın S-400 zenit-raket kompleksinin önündə - Sputnik Azərbaycan
Kreml imtina etdi: "S-400"-ün Türkiyə ilə birgə istehsalından söhbət gedə bilməz

Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.

Xəbər lenti
0