Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Trampa Venesuela böhranına müdaxilə etməyəcəyini deyib

© © Sergei Ilnitsky/Pool via REUTERSRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti deyib ki, Putin Venesueladakı vəziyyətə qətiyyən müdaxilə etmək istəmir, əksinə orada vəziyyətin pozitiv inkişafını arzulayır

BAKI, 4 may — Sputnik. Rusiya Venesuela böhranına müdaxilə etmək istəmir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından dərhal sonra bəyan edib.

"O (Putin-red.), Venesueladakı vəziyyətə qətiyyən müdaxilə etmək istəmir. O, yalnız orada vəziyyətin pozitiv inkişafını görmək istəyir" - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.

Daha əvvəl ABŞ rəhbərliyi bu mövzuda əks mövqedə olduğunu nümayiş etdirirdi. Vaşinqton dəfələrlə Moskvanı Venesuelanın işlərinə qarışmaqda günahlandırıb. ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib ki, Rusiya artıq bu ölkəni qanunsuz işğal edib. Pompeo Latın Amerikası ölkələrinin liderlərini Rusiyanın bölgədəki fəaliyyətindən qorxmağa çağırıb.

Məlumatlara görə, Putinlə Tramp bugünkü telefon danışıqlarında həmçinin Venesueladakı böhrana da toxunublar. Telefon danışığından sonra Rusiya prezidenti Kremlin mətbuat xidmətinə bildirib ki, yalnız venesuelalıların öz ölkələrinin gələcəyini təyin etmək hüququ var, xaricdən müdaxilə və Karakasda hakimiyyətin güc yolu ilə dəyişdirilməsinə cəhdlər böhranın siyasi həlli perspektivini pozur.

Xəbər lenti
0