BAKI, 1 may — Sputnik. Ermənistan və Rusiyanın Baş nazirləri Nikol Paşinyan və Dmitri Medvedyev aprelin 29-u saat 22:00 radələrində Yerevanda olan gecə klublarından birinə - "Club 12"yə baş çəkiblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu "News.am"a açıqlamasında gecə klubunun sahibi Narek Manukyan deyib.
Klub sahibi qeyd edib ki, yüksək vəzifəli qonaqlar desert sifariş verib, paxlava yeyib və hətta məşhur olan pop mahnılardan birinin cover versiyasının sədaları altında rəqs də ediblər: "Onlar əvvəlcədən masa sifariş etməmişdilər, təsadüfən kluba daxil oldular. Onlar klubda, təxminən 2 saat vaxt sərf etdilər".
""Project 12"nin mahnıları onların çox xoşuna gəldi, hətta onlar rəqs də etdilər. Atmosfer olduqca mehriban və pozitiv idi. Hər şey çox sadə idi. Onlar qeyri-rəsmi geyimdə idilər" - Manukyan bildirib.