Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Bizdə əlillərin hüquqlarını necə qoruyurlar?

CC0 / stevepb / WheelchairƏlil arabası, arxiv şəkli
Əlil arabası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda əlillərin hüquqlarının müdafiəsi probleminə həsr olunmuş mətbuat konfransı keçiriləcək

BAKI, 30 aprel — Sputnik. 1992-ci ildən başlayaraq hər il mayın 5-ni dünya ictimaiyyəti Əlillərin Hüquqları Uğrunda Beynəlxalq Mübarizə Günü kimi qeyd edir.

Həmin günü məhdud imkanları olan insanlar 17 Avropa ölkəsində eyni vaxtda əlillərə bərabər hüquqların verilməsi, fiziki, psixi və sensor məhdudiyyətləri olan insanlara qarşı diskriminasiya əleyhinə mübarizə günü kimi qeyd ediblər. O vaxtdan sözügedən tədbir ənənəyə çevrilib və hər il mayın 5-də keçirilir. Həmin gün hər il Azərbaycanda da qeyd edilir.

Azərbaycan 2006-cı ildə BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına qoşulandan sonra ölkədə bu istiqamətdə çox şey yaxşılığa doğru dəyişib. Yeni qanunlar qəbul edilib, əlillərin hüquqlarının müdafiəsi istiqamətində praktiki addımlar atılıb. Bununla yanaşı, ekspertlər əlillərlə bağlı qanunvericiliklə onun icrası arasında fərqlərin olduğunu qeyd edirlər.

Mayın 3-də saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli Azərbaycanda əlillərin hüquqlarının müdafiəsi probleminə həsr olunmuş mətbuat konfransı keçirəcək.

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru.

Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0