BAKI, 29 aprel — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Rusiya hökumətinin rəhbəri Dmitri Medvedyevlə görüşəcək. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumata əsasən, Baş nazirlərin görüşü axşam saatlarında Yerevanda baş tutacaq. Medvedyev aprelin 30-da Avrasiya İqtisadi Şurasının Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün Ermənistana gəlir.