Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Azərbaycanın xalq artistinin ölümü ilə bağlı başsağlığı verdi

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidПрезидент РФ Владимир Путин во время ежегодной большой пресс-конференции в Центре международной торговли на Красной Пресне
Президент РФ Владимир Путин во время ежегодной большой пресс-конференции в Центре международной торговли на Красной Пресне - Sputnik Azərbaycan
Abunə olmaq
Son illər aktrisa ağır xəstəlikdən əziyyət çəkib

BAKI, 26 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin Azərbaycanın və SSRİ-nin xalq artisti Elina Bıstritskayanın vəfat etməsi ilə bağlı başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Rusiya prezidentin sözlərinə görə, Bıstritskaya böyük aktrisa və nadir cazibəyə malik insan idi: "Öz həyatının işi kimi yaradıcılığı, yaratmağı, incəsənətə xidməti seçdi. Əsl əfsanə oldu!", - deyə Putin vurğulayıb.

Qeyd olunur ki, son illər aktrisa ağır xəstəlikdən əziyyət çəkib. Bıstritskaya ilə vida mərasiminin vaxtı və dəfn yeri daha sonra elan ediləcək.

Elina Avraamovna Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə anadan olub. Tibb Texnikumunda, bir müddət Pedaqoji İnstitutun filologiya fakültəsində, daha sonra Kiyev Dövlət Teatr Texnikumunda (1953) təhsil alıb. Vilnüs Rus Dram Teatrında (1953-1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956-1958), Malıy Teatrda (1958) çalışıb. 1979-cu ildən A.Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğuldur. 1950-ci ildən kinoya çəkilib. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib.

Ana və Uşağın Sağlamlığının Müdafiəsi Beynəlxalq Fondunun vitse prezidenti, "Stabil Rusiya" siyasi təşkilatının fəal üzvlərindən olub. "Mədəniyyət və İncəsənətə Dəstək" Fondunun təsisçisi, Azərbaycanın, Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının xalq artisti idi (1966). O, 1991-ci ildə rejissoru Rasim Ocaqovun olduğu "Qətldən yeddi gün sonra" filmində də çəkilib.

Xəbər lenti
0