Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyənin rus raketlərini Azərbaycana yerləşdirəcəyinə dair xəbərlərə aydınlıq gətirildi

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçid"S-400" zenit-raket kompleksi
S-400 zenit-raket kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Çavuşoğlu: "Əgər Rusiya bu kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, onda bunu vasitəçisiz, birbaşa edə bilərlər"

BAKI, 24 aprel — Sputnik. "Rəsmi Ankaranın Türkiyəyə tədarük edilən "S-400" zenit-raket komplekslərini Qətər və Azərbaycana vermək niyyəti yoxdur". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Qeyd edək ki, bəzi Türkiyə KİV-i "S-400"-lərin Qətərə və Azərbaycana verilməsinin mümkünlüyü barədə yazmışdı.

"Söhbət "S-400"lərin Qətər və ya Azərbaycanda yerləşdirmək planlarından getmir. Belə bir məsələ heç vaxt müzakirə olunmayıb. Bu məlumat daim KİV tərəfindən tirajlanır" - Çavuşoğlu bildirib.

"Əslində, bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş bağlamışıq və hazırda komplekslərin tədarükü müddətini müzakirə edirik. Əgər Rusiya bu kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, onda bunu vasitəçisiz, birbaşa edə bilərlər. Bu ölkələrin olduqca yaxşı münasibətləri var" - deyə XİN başçısı vurğulayıb. 

Rus əsgəri sərgidə nümayiş olunan Rusiyanın S-400 zenit-raket kompleksinin önündə - Sputnik Azərbaycan
Kreml imtina etdi: "S-400"-ün Türkiyə ilə birgə istehsalından söhbət gedə bilməz

Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.

Xəbər lenti
0