BAKI, 24 aprel — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi öz şərhində Avropa İttifaqının (Aİ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunduğunu və orada digər prinsiplərlə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinə də istinad edildiyini qeyd edib.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan XİN-in Mətbuat katibi Leyla Abdullayeva məsələyə münasibət bildirib.
"Emənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Aİ-Ermənistan sazişində necə əks olunmasının detallarına varmadan, mən yalnız onu söyləyə bilərəm ki, bu bəyanat münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu və heç bir "üçüncü tərəf"in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir" – deyə L.Abdullayeva vurğulayıb.